Bakının məşhur gimnaziyasında şagirdlərə məktəbin həyətində dərs keçirlər

11:53 | 21.05.2018

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında gedən təmir səbəbindən şagirdlərə həyətdə dərs keçirlər.

Bu haqda valideyn, jurnalist İradə Cəlil facebook səhifəsində paylaşıb:

“Deməli mənim 4 cü sinifdə oxuyan oğlumun sinif yoldaşlarının valideynləri vhatshap qrupuna yazıb ki, uşaqların sinifində imtahandır, (başqa sinifin imtahanı) bizim uşaqlar həyətdə dərs keçir… Belə biabırçılıq olar? Mən uşağımı həyətdə dərs keçməyə göndərmişəm?İndi sualım yeni təhsil nazirinədir….Cənab nazir, tədris ili bitməmiş məktəb təmirə verilərmi?Uşaqların dərsi həyətdə keçməsi nə dərəcədə düzgündür?Bilirəm yenə direktor deyəcək ki, dərdini mənə de. Amma dərdə çarə etməyi bacaran adam olsaydı heç bu problemlər yaşanmazdı.Bu nə deməkdir?Bu kiçik problem üçün də prezidentə şikayət edək???”

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov belə deyib:

“Təhsil nazirliyi və Bakı şəhər Təhsil idarəsi qanunvericilik aktlarına uyğun olaraq şagirdlərin təhlükəsiz, rahat dərs mühiti yaratmağa borcludur. Tədris ilinin gedişində, tədris ili bitməmiş tam qəzalı vəziyyət istisna olmaqla, heç bir kosmetik və ya digər formada təmir işləri ilə əlaqədar şagirdlərlə və dərsin gedişinə maneə yaratmaq olmaz. Nəzərə alın ki, o məktəbin yanında yeni hündürmərtəbəli binalar tikilir… Onların da təsiri var…”

//Azadpress.az