Baş nazir: “Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər”

17:31 | 12.02.2018

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Bunu müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı münaqişənin hərbi həll yolu yoxdur və yalnız siyasi nizamlama vasitəsilə həll olunmalıdır.

B.Borisov bildirib: “Bolqarıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız danışıqlar yolu ilə və Avropa İttifaqının köməyi ilə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçiliyilə, eləcə də Azərbaycan və Ermənistan rəhbərlərinin aktiv dialoqu yolu ilə həll oluna bilər”.

//Trend