BDYPİ-də böyük qalmaqal – Ramiz Zeynalovu kim əvəz edəcək?

02:47 | 20.10.2018

Baş Dövlət Yol Polisi İdarəsininin rəhbəri Ramiz Zeynalovun idarənin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovla əvəzlənməsi ilə bağlı mediada məlumatlar yayılıb. Belə ki, səhhətində yaranmış problemlər və yaş həddinin keçməsi səbəbindən yaxın zamanlarda general Ramiz Zeynalovun vəzifəsindən uzaqlaşdırılacağı bildirilir.

Reallıq.info xəbər verir ki, mediada Baş Dövlət Yol Polisi İdarəsininin rəisi vəzifəsinə alternativsiz namizəd kimi təqdim olunan Müşfiq Rəhimov qaranlıq keçmişə malik və adı bir-çox qalmaqallarda hallanan şəxsdir.

Dövlət Yol Polisi İdarəsininin İmtahan Qeydiyyat Şöbəsinin rəisi ilə bağlı mətbuatda dərc olunmuş informasiyalardan da görmək olar ki, Müşfiq Rəhimov korrupsiyalaşmış sistemin əsas vintlərindən biridir. Belə bir şəxsin Dövlət Yol Polisi İdarəsininin rəhbərliyinə gətirilməsi bu sahədə vəziyyəti daha da pisləşdirə bilər.

BDYPİ-də böyük qalmaqal - Ramiz Zeynalovu kim əvəz edəcək?Qeyd edək ki, Müşfiq Rəhimovun adı mediada daha çox “MTN işi” olaylarından sonra hallanmağa başlayıb. Polis polkovniki Eldar Mahmudovun liderlik etdiyi, Akif Çovdarovun əsas fiqur olduğu şəbəkənin Baş Dövlət Yol Polisi İdarəsində kilid adam kimi təqdim olunurdu. Onun MTN generalları ilə ciddi əlaqələrinin olması ilə bağlı təkzibolunmaz məlumatlar yayılmasına baxmayaraq vəzifəsini qoruyub saxlaması təəccüblü idi. Belə ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN generalına geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.

Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqələrlə bağlı başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Məsələn, həmin iddialara görə, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə generala müfəssəl məlumatlar verib.

BDYPİ-də böyük qalmaqal - Ramiz Zeynalovu kim əvəz edəcək?Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisi Müşfiq Rəhimov həyata keçirir. O açdığı bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir…

Verilən məlumatda vurğulanır ki, həbsdə olan general hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanları isə müxtəlif yollarla susdurlub.

Bunun qarşılığında Müşfiq Rəhimovun Akif Çovdarova 250 min dollarlıq brilliant gül bağışladığı da bildirilir. Qeyd olunur ki, nadir hədiyyələri o, İsraildən gətirir. Eyni zamanda sahibi olduğu 1 milyon dollarlıq “Xəzər Palace” restoranında da bəzi bəzək əşyalarının da həmin ölkədən gətirdiyi vurğulanır…

Görünür, Müşfiq Rəhimov Ramiz Zeynalovun yerinə keçmək üçün indi başqa “general”ları “razı” salaraq hərəkətə başlayıb. Əks təqdirdə belə mənfi reputasiyalı və “QAİ” sistemində adı ən çox korrupsiyalaşmış şəxs kimi təqdim olunan Müşfiq Rəhimovun təyinatını ancaq bir yerə vermək olar…