Beyləqanın icra başçısı kim olacaq?-SÜRPRİZ NAMİZƏD

22:01 | 10.10.2018

Oğlu maşınla adam vurub öldürən Şahmar İbadov Beyləqana icra başçısı getmək istəyir

Sentyabr ayının 5-dən boş qalan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə “namizəd”lərin sayı artmaqdadır.

Qlobal.az-ın ələ etdiyi məlumata görə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə iddialı şəxslərdən biri də Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadovdur.

İddiaya görə 10 ildən artıq müddətdir Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışan Şahmar İbadovun İcra başçısı vəzifəsinə getmək çoxdankı arzusudur.

Ş. İbadov bu illər ərzində Bakı şəhərinin rayonlarından birinin başçısı olmağa çalışsa da, hakimiyyətin ali instansiyasında onu bu vəzifəyə layiq görməyiblər.

Картинки по запросу Şahmar İbadov

Əslən İmişli rayonundan olan Ş.İbadovun aqrar sahədən məlumatsız şəxs olduğu deyilir.

Xatırladaq ki, ötən ilin avqust ayında Ş.İbadovun oğlu Elmar İbadov 10-AC-100 nömrəli “Range-Rover” markalı avtomobillə qəza törətmişdi. Hadisə zamanı 1 qadın həlak olmuşdu.