Biləsuvarda faciə: Körpə qaynar su ilə dolu qazana düşdü

13:08 | 14.09.2017
19 dəfə oxundu

Biləsuvar rayonunda körpə qaynar su ilə dolu qazana düşərək yanıb.

Hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini yaşyarımlıq Lilay Suliddin qızı Zeynalovaqaynar su ilə dolu qazana düşərək, yanıq xəsarətləri alıb.

Körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, körpəyə ilkin tibbi yardım göstərilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

///Report