Bu gecə Yer kürəsində güclü meteor yağışı olacaq

12:56 | 12.08.2017

Bu gün dünyada meteor yağışı gözlənilir və bir çox ölkələrdə müşahidə etmək mümkün olacaq.

Hər ilin iyul və avqust aylarında müşahidə edilən meteor yağışlarını bu gün axşam və gecə saatlarında daha aydın müşahidə etmək mümkün olacaq. “Perseid” meteor yağışı adlanan proses “Swift–Tuttle” kometi ilə əlaqədardır.

Populyar Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robin Skaqel “”Perseid” meteor yağışı parlaq və möhtəşəm olur, əgər bəxtiniz varsa, şənbə gecəsi və bazar səhəri 1-2 dəqiqəlik bu yağışı müşahidə edə biləcəksiniz. Hətta heç görməyə də bilərsiniz, burada bəxt məsələsi çox vacibdir” deyib.

///Qaynarinfo