“Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var” – Prezident

10:15 | 14.09.2017
38 dəfə oxundu

“Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır”.
APA-nın məlumatına görə, bunu bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar ətrəfinlən 3,6 miyard dollar bonus ödəniləcək. SOCARı-n payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək”.
Prezident qeyd edib ki, “Əsrin müqaviləsi” imzalanan zaman “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil edilməmiş 500 milyon ton neft var”.