Bütün Türkiyə “Qarabağ”a dəstək verir – FOTOLAR

01:37 | 23.10.2017

Qarabağ”a və onun azarkeşlərinə dəstək davam edir. Türkiyə superliqasında oynayan komandaların tərəfdarlar qrupu stadionlarda a4 formatlı kağızlara QARABAĞ yazaraq qaldırır, şəkillər çəkdirir və sosial şəbəkələrdə paylaşırlar.

Bu, “Sabah” qəzetinin yazarı Mevlut Tezelin “Qarabağ”-“Atletiko” oyununda mütəvazi transparant sərgiləmiş azarkeşlərin hərəkətini “Ən əzik xoreoqrafiya” adlandırılmasına cavabdır.

Qeyd edək ki, futbol yazarının bu bədnam yazısı istər Türkiyədə, istərsə də Azərbaycanda milyonlarla insanı hiddətləndirib, idman həyatının gündəmində müzakirə mövzusu olub. Sonradan bu yazı qəzetin saytından çıxarılsa da, bu hadisəyə reaksiya gəlməkdə davam edir.

“Qarabağ”a dəstək kampaniyasına qoşulan klublar arasında “Qalatasaray”, “Kayserispor”, “Əskişehirspor”, “Trabzonspor” və başqa klubların tərəfdarları var.

//azpolitika.info