Cənubi Afrika Respublikasının prezidenti istefa verib

03:15 | 15.02.2018

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

Bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib.

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

//APA