Cavid Qurbanov Bakı-Lənkəran dəmir yolunun köçürülməsindən danışdı

12:37 | 12.10.2018

Bakı-Lənkəran dəmir yolu sahəsinin yenidən tikilməsi və köçürülməsi ilə əlaqədar layihələndirmə işlərini cari ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, Bakı-Lənkəran dəmir yolunun köçürülməsi və yenidən tikilməsinə gələn il başlanılacaq:

“Layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparılır. Yolun yenidən tikilməsi və köçürülməsi Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti ilə bağlıdır”.