Deputat oğlunun federasiyası bağlanır – İdmançıların maaşlarını ödəmir

22:56 | 02.10.2018

Daha bir federasiya maliyyə problemləri səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzədir.Unikal.org-un əldə etdiyi məlumata görə, millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüqar Xəlilov rəhbəri olduğu Azərbaycan Futnet Assosiasiyasının (AFNA) fəaliyyətini dayandıra bilər.
Belə ki, bir müddətdir qurum idmançıların maaşlarını ödəmir. Hazırda vəziyyət o yerə çatıb ki, federasiyada qadınlardan ibarət milli komanda fəaliyyət göstərmir. Kişlərdən ibarət yığmada isə cəmi 3 idmançı – Namiq İsgəndərov, Səyyar Hüseynov və Amid Nəzərov var.

Qurum daxilindən aldığımız məlumata görə, deputat oğlu federasiya ilə maraqlanmır. Hətta bu günə kimi, cəmi 2-3 dəfə quruma gəlib . İş o yerə çatıb ki, federasiyanın saytı (www.afna.az) da fəaliyyətini dayandırıb.

Xatırladaq ki, AFNA ötən ilin mart ayında yaradılıb.