“Deputatların maaşı artırılsın” – Qüdrət Həsənquliyevdən təklif

14:19 | 07.11.2018
Bu gün Milli Məclisin iclasında yenidən deputatların maaşının artırılması təklif edilib.
Editor.az xəbər verir ki, təkliflər millət vəkil Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, cərimələrdən toplanan vəsaitin 3 faizi deputatların maaşına əlavə edilməlidir: “Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır.
Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün.
Əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir”.