Devalvasiya gözlənilir? – Baş bankir açıqladı

12:05 | 14.06.2018
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Editor.az Milli.Az-a istinadən xəbər verir ki, Rüstəmov bunun şayiədən başqa bir şey olmadığını bildirib:
“Devalvasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında… Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları tələb-təklifdə 2 milyard təklifin xeyrinədir. Belə olduğu bir şəraitdə ölkədə devalvasiyadan danışmaq olmaz”.