DİAQNOSTİKA MƏRKƏZİNDƏ DEPUTATI KOMAYA SALDILAR – Əməliyyatdan sonra…

00:49 | 14.01.2018

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Modern.az saytına verilən məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Deputat həmkarı Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

“AzPolitika”ya daxil olan məlumata görə, Nəriman Əliyevin ürəyində problemin olduğu təsadüfən aşkarlanıb.

Belə ki, o, həyat yoldaşını müayinədən keçirmək üçün Respublika Diaqnostika Mərkəzinə gətirib. Gəlmişkən, özü də müayinədən keçib. Bu zaman məlum olub ki, ürək damarlarında tıxanıqlıq var, anju olunmalıdır.

Lakin tanınmış kardioloq Abbasəli Abbasəliyev deputatı anju edərkən o, komaya düşüb. Təcili olaraq tanınmış kardioloq, deputat Rəşad Mahmudov əməliyyata cəlb olunub və o, açıq ürək əməliyyatı ilə deputatı həmin an ölümdən qurtarıb.

Deputatın hələ də komada olduğu bildirilir.

Editor.az Millət vəkilinə Allahdan şəfa diləyir!

//azpolitika.info