Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

14:42 | 12.06.2018

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib.

O öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

//APA