Doğuşda qızını və nəvəsini itirən ananın fəryadı – VİDEO

15:30 | 14.03.2018
Tovuzda ana və uşaq ölümü baş verib.
ARB TV xəbər verir ki, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 21 yaşlı Aytən Dadaşova doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, Dadaşovanın ilk hamiləliyi olub.
Allahverdiyeva Mahirə (Mərhumun anası): “Mənə gəlib dedilər ki, bəlkə uşağında xəstəlik var? Dedim ki, valla xəstəlik yoxdur. Analiz verdik sağlamdı, mikrob yoxdur. Bumu oldu mənim uşağım”.
Faktla bağlı araşdırma aparılır.