Dollar yenidən ucuzlaşdı

12:53 | 14.09.2017
35 dəfə oxundu

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7008 manat olub.