Eldar Mahmudov məhkəməyə çağırıldı

14:20 | 02.10.2017
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E. Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: “MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.
M. Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: “Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?”
Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi bildirilən Ələkbər adlı şəxs çıxış edib: “Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?”
Proses davam edir.

///APA