Elmira Axundovanın oğlu ilə baş redaktor arasında məhkəmə prosesi yekunlaşdı

20:11 | 28.12.2017

Məhkəmə E.Zahiroğlunun şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bakı Ağır cinayətlər məhkəməsində BakıPost saytının baş redaktoru Elçin Zahiroğlu barəsində qaldırılan cinayət işinin məhkəmə prosesi sona çatıb.

1news.az-ın verdiyi məlumata əsasən, İradə Həsənzadənin rəhbərliyi altında hakimlər kollegiyası E.Zahiroğlunun şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bu cəzanın 1,5 ili sınaq müddəti sayılır. Həmçinin E.Zahiroğluya cəzanın bitməsindən sonra 3 il müddətində jurnalits fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

E.Zahiroğluya belə yumşaq cəza verilməsinin səbəbi, zərər çəkmiş Həbib Axundovun onu məhkəmə gedişatında bağışlaması və hakimlər kollegiyasından onun barəsində sərt hökm çıxarmamaq barəsində xahişi olub.

Xatırladaq ki, BakıPost saytının baş redaktoru Elçin Zahiroğlu daha öncə АzNews.az saytının rəhbəri olub.

O keçmiş deputat Sabir Rüstəmxanlının qardaşı oğludur.

Bu ilin yayında E.Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu – Həbib Ramiz oğlu Axundov haqqında məqalə yazıb. Məqalədə o, Miss Lafarella müsabiqəsinin iştirakçısı olmuş mərhum Günel Mirzəyeva ölümündə H.Axundovun iştirakı ilə bağlı iddialarla çıxış edib.

Deputatın oğlu iddialarla razılaşmayaraq, jurnalistin onu pul almaq məqsıdi ilə şantaj etdiyini əsas gətirərək, hüquq mühafizə orqanlarına müraciət edib. Jurnalist barəsində istintaq tədbirləri 3 ay müddətində aparılıb. E.Zahiroğluna qarşı Cinayət Məcəlləsinin 182.2.4 (“Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla”) maddəsi üzrə cinayət işi açılıb. Jurnalist bu müddəti ev dustağı qismində keçirir.

E.Zahiroğlu Azərbaycan Cinayət məcəlləsinin 182.2.4 maddəsi (Zərər çəkənə əhəmiyyətli ziyan vurmaqla qəsbkarlıq) ilə ittiham olunub.

Qeyd edək ki, bundan əvvəl 1news.az “Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısı Günel Mirzəyevanın ölümü ilə bağlı KiV-lərdə yayılan bötana cavab verdi” məqaləsində olayla bağlı Həbib Axundovun nəzər nöqtəsini dərc edib.

Bu məqalədə H.Axunov Azərbaycan mətbuatına müraciət edərək, onunla bağlı başladılmış çirkin kampaniyaya son və mərhum G.Mirzəyevanın adının hallandırılmasına son qoymaq barəsində xahiş edir.