Elmira Axundovanın oğlu ilə jurnalistin məhkəmə prosesi başlayıb – FOTO

18:36 | 11.12.2017

Bakı Ağır Cinayətlər Məkhəməsində BakiPost qəzetinin baş redaktoru – Elçin Zahiroğluna qarşı qaldırılmış cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. 1news.az-ın verdiyi xəbərə görə, məhkəmə hakim İradə Həsənzadənin rəhbərliyi altında keçirilir. Əvvəlcə hakim prosedur iştirakçılarının sorğu məlumatlarının yoxlanılması üçün hazırlıq iclası keçirib.

Növbəti məhkəmə iclası bazar ertəsi, dekabrın 25-nə təyin edilib.

Xatırladaq ki, BakiPost qəzetinin baş redaktoru Elçin Zahiroğlu daha əvvəllər АzNews.az saytının rəhbəri idi. O, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlının qardaşı oğludur.

Bu ilin yayında E.Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu – Həbib Ramiz oğlu Axundov haqqında məqalə yazıb. Məqalədə o, Miss Lafarella müsabiqəsinin iştirakçısı olmuş mərhum Günel Mirzəyeva ölümündə H.Axundovun iştirakı ilə bağlı iddialarla çıxış edib.

Deputatın oğlu iddialarla razılaşmayaraq, jurnalistin onu pul almaq məqsıdi ilə şantaj etdiyini əsas gətirərək, hüquq mühafizə orqanlarına müraciət edib.  Jurnalist barəsində istintaq tədbirləri 3 ay müddətində aparılıb. E.Zahiroğluna qarşı Cinayət Məcəlləsinin 182.2.4 (“Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla”) maddəsi üzrə cinayət işi açılıb.  Bu da əmlakının müsadirə olunması şərtilə və onsuz, beş ildən 10 ilədək azadlıqdan məhrumedilmə cəzasıdır.

Xatırladaq ki, 1news.az daha əvvəl “Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısının ölümü ilə bağlı KİV-in böhtanını cavablandırıb – FOTO” adlı məqalədə hadisə ilə bağlı Həbib Axundovun nəzər nöqtəsini əks etdirən materialı dərc etmişdi. Məqalədə o, Azərbaycan mətuatına üz tutaraq ona qarşı aparılan çirkin kampaniyaya , eləcə də mərhum Günel Mirzəyevanın adının hallanmasına son qoyulması ilə bağlı müraciəti qeyd olunmuşdu.

\\1news.az