Erməni PUA-sı mövqelərimiz üzərində: ordumuz məhv etdi – FOTOLAR

14:13 | 19.06.2018
İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.
Bu barədə Editor.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.