“Ermənistan 5 rayonu qaytarmalıdır” – Aleksandr Duqin

13:00 | 14.09.2017
42 dəfə oxundu

“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq.

 

Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”.

 

bu sözləri Moskvada keçirilən və Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan konfrans zamanı rusiyalı ideoloq Aleksandr Duqin deyib.

Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır”, – Duqin vurğulayıb.

A.Duqin əmindir ki, Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir. Və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. “Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”, – Duqin deyib.

//virtualaz.org