Fatma Abdullazadənin məktəb direktoru qohumuna AĞIR İTTİHAMLAR

01:24 | 03.09.2017
893 dəfə oxundu

293 saylı məktəbin direktoru Maştağa Seyidlərini gic adlandırdı, Məhəbbət Vəliyeva isə direktorun bu özbaşınalığının qarşısında aciz qalıb

Dərs ilinin bitməsinə baxmayaraq, məktəblərlə bağlı giley-güzarlar səngimək bilmir. Təhsil müəssisələrində, yerli təhsil idarələrində, Təhsil Nazirliyi səviyyəsində həllini tapmayan problemlər kütləvi informasiya vasitələri müstəvisinə çıxır. Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsinin Seyidlər məhəlləsində yaşayan vətəndaş Gülnaz İbadova redaksiyamıza müraciət edərək, qəsəbədəki 293 saylı orta məktəbdə baş alıb gedən korrupsiya hüquqpozmalarından şikayətlənmişdir. Direktor Xuraman Rzayevanın yarıtmaz idarəçilik siyasətindən söz açan G. İbadovanın nəvəsi sözügedən məktəbdə oxuyur. Şikayətçi bildirir ki, sentyabr ayında dərs ili başlayan gündən ta axıra kimi məktəbdə uşaqlardan pul yığılır. Həm də «ənənəvi» sayılan yığım kampaniyalarından («Əlifba bayramı», «Məzun günü», «Müəllim günü», «fond pulu», «süpürgə pulu», «vinetka pulu», «8 Mart», Novruz və Yeni İl şənlikləri və s.) əlavə də pul qoparmaq üçün səbəblər tapılır. Tələblər aqressiv formada ortaya qoyulur, heç kəsə güzəşt edilmir. Şikayətçi həmçinin qeyd edir ki, direktor özü açdırdığı dəftərxana ləvazimatları mağazasında test kitabçalarını özü istədiyi qiymətə satdırır və müəllimlərdən tələb edir ki, şagirdləri məhz həmin dükandakı kitabçaları almağa məcbur etsinlər: «Bütün bunca xərclərin qarşısında isə məktəbdə tədrisin səviyyəsi olduqca qeyri-qənaətbəxşdir. Sınaq imtahanlarında şagirdlərin göstəriciləri sıfra yaxındır. Öyrəndim ki, sınaq imtahanında şagirdlər neyləyirlər — demək, Samirə müəllimə uşağı otuzdurur partada, qarşısına da kitabı qoyub deyir ki, üzündən dəftərə köçürsün, vəssalam.

Hazırda Samirə müəllimə analıq məzuniyyətinə çıxdığından dərs ilinin sonuna yaxın onu başqa müəllimə əvəzləyib» G. İbadova məktəb direktorunun kobudluğu ilə seçildiyini, uşaqlara heç bir etik davranış çərçivəsinə sığmayan (qələmə almaq belə məqbul sayılmayan — «Dəryaz»)söyüşlü ifadələr yağdırdığını deyir: «Pensiya yaşı ötməsinə baxmayaraq, Təhsil Nazirliyi Xuraman Rzayevaya yaş senzi tətbiq etməyib. Görünür, onun vəzifədən kənarlaşdırılmasına mane olan başqa səbəb və ya səbəbkar vardır». Şikayətdə qeyd olunanları araşdırmaq məqsədilə 293 saylı məktəbə yollandıq. Yay tətili olduğu üçün məktəbdə insan izdihamı görməyəcəyimizi təxmin etmişdik. Amma həyətə heyvanların salındığını görüncə, başa düşdük ki, ərazi başlı-başına, nəzarətsiz qalıb. Xeyli vaxtdan sonra direktor xəbər tutub məktəbə gəldi. Həm də kürəkəni başda olmaqla iki maşın dolusu yaxın adamlarından ibarət dəstəsi ilə. Olduqca aqressiv görünən həmin dəstəni sakitləşdirən direktor bizimlə söhbətə başlayan kimi elə ilk kəlmələrindən həqiqətən də kobudluğunu müşahidə etdik. Sualı sual dalınca yağdırdı ki, niyə şikayətçinin özünü və barəsində şikayət edilən Samirə müəlliməni özümüzlə gətirməmişik. Anlatmağa çalışdıq ki, şikayət təkcə bir müəllimədən deyil, ümumiyyətlə məktəb rəhbərliyinin, yəni direktor kimi onun özünün yarıtmaz idarəçiliyindəndir. Həm də bildirdik ki, bizim hüquq-mühafizə orqanları kimi istədiyimiz adamı qolundan tutub istədiyimiz yerə aparmaq səlahiyyətimiz yoxdur, əgər istəyirsə, özü həmin şəxsləri dəvət etsin. Ancaq çifayda direktor bizi başa düşmək istəmədi, yürütdüyü siyasəti isə Bakı şəhər Təhsil İdarəsinin tələbləri ilə əlaqələndirdi: «Ordan nə göstəriş verirlər, ona da uyğun fəaliyyət göstəririk». Sonra da şikayətçinin ünvanına nalayiq ifadələr işlətməyə başladı: «O nə zibildir ki, mən onu çağırtdırım?» Biz direktoru etik normalara əməl etməyin vacibliyini xatırladanda təhqiramiz ritorikasını davam etdirdi: «Düz deyirəm, o nə zibildir ki,onu məktəbə çağırtdırım.

İki gün sonra şikayətçi valideyn redaksiyaya zəng açıb xəbər verdi ki, direktor ona əlaltıları vasitəsilə təzyiq göstərib və şikayətini geri götürməyə razı salmağa çalışıb. Ancaq mövqeyindən geri çəkilmək fikrində olmadığını görüncə, daha çirkin üsullara əl ataraq, bu dəfə onun nəvəsini məktəbə aparıb-gətirən taksi sürücüsünü hədələyib və müştərini şərləmək planında iştiraka sövq etdirməyə uğursuz cəhd edib. Şikayətçi həmçinin bildirdi ki, daha əvvəl onun bir nəvəsi də həmin məktəbdə oxuyurmuş, məhz bu kimi neqativ hallara görə ata-anası başqa məktəbə dəyişdirib. Başqa bir mənbədən məlumat almışıq ki, direktor X. Rzayeva indiyədək Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə ilə qohum olmasından imtiyaz kimi istifadə edirmiş. İyunun əvvəlində Administrasiyanın yeni strukturunun təsdiqlənməsi ilə əlaqədar F. Abdullazadə vəzifəsindən kənarlaşdırıldıqdan sonra belə qənaətə gəlmək olar ki, X. Rzayeva az öncə vəzifəsini itirmiş nüfuzlu qohumunun havadarlığından daha bəhrələnə bilməyəcək və böyük ehtimalla onun özünün də karyera günəşi batmaq ərəfəsindədir. Əldə etdiyimiz digər məlumata görə, Xuraman müəllimə redaksiyamızla məhkəmə çəkişməsinə hazırlaşır və bu məqsədlə hətta vəkillə də məsləhətləşmələr aparır. Vəkil isə internetdəki artıq qüvvədən düşmüş köhnə məlumatlara əsaslanaraq onu ümidləndirib ki, «Dəryaz.az» saytı Mətbuat Şurasının «qara siyahı»sındadır və bu üzdən redaksiyaya hüquq müstəvisində qalib gələ biləcəklər. Xanım direktora məsləhətimiz budur ki, pulunu və vaxtını vəkilə xərcləməsin. Saytımız «qara siyahı»da deyil, araşdırdığımız mövzunu davam etdirmək əzmindəyik. Əlimizdə direktoru mat qoyacaq yetərincə tutarlı faktlar vardır ki, onların da bir hissəsini oxuculara təqdim edirik:

Yeri gəlmişkən xatırladaq ki, «Müəllimlərin etik davarnış qaydaları»nın təsdiqlənməsindən 3 ildən artıq vaxt keçir. Bakı şəhər Təhsil İdarəsi indinin özündə də vaxtaşırı hesabat verir ki, məktəblərdə müəllimlərlə etik davaranış qaydaları barədə maarifləndirici tədbirlər həyata keçirilir. Həmin kodeksi təsdiqləyən nazirin əmrinə görə yeni işə qəbul olunan müəllimlər qeyri-etik davaranışın hər hansı formasına yol verməyəcəkləri barədə təntənəli surətdə (Dövlət Bayrağının altında, Konstitusiyaya əl basaraq) and içməlidirlər. Amma di gəl, əmrdə göstərilməyib ki, X. Rzayeva kimi köhnənin təhsil işçiləri də and içməlidirlər. Elə isə «293″-ün direktoruna da Konstitusiyaya (gərəkirsə, hətta Qurani-Kərimə) də əl basdıraraq and içdirmək, videoqeydə alıb internet resurslarında yerləşdirmək lazımdır. Bəlkə arada özünə baxıb hərəkətlərini korrektə edə.

P.S.70 yaşlı şikayətçi Gülnaz İbadova onu da qeyd etmişdi ki, təxminən 2 il bundan əvvəl Xuraman Rzayeva məktəbin həyətində olan 20 dən çox, 70-80 illik küknar ağaclarını kəsdirib satdırdı.

Direktordan nə səbəbə ağacların kəsilməsini soruşduqda özü də etiraf etdi ki,mən kiməm ki,ağac kəsdirəm. Baş Təhsil İdarəsindən dedilər mən də kəsdirdim.

O ki, qaldı direktorun şagirdlərə-»itin balası», «eşşəyin balası» deyə müraciət etməyə,- onun şəxsən bizə(deyilənlərin hər birini sübut edəcək faktlarımız var)»Valideyin nə zibildi ki, mən ona zəng etdirim»sözündən belə qənaətə gəldik ki,o,şagirdin 70 yaşlı nənəsinə bu sözləri işlədirsə ,nəvəsinə də küçə sözləri işlətməkdən çəkinməz.İnanırıq ki, cənab Mikayıl Cabbarov təqaüd yaşı keçmiş,müəllim adına layiq hərəkət etməyən, dövrün tələbləri ilə uyğunlaşmayan belə kadrları təhsildən uzaqlaşdıracaq, onun yerinə bacarıqlı, gənc kadrları gətirəcək.

Pullu etika dərsi

Təhsil müdirimiz məhəbbət xanım,

Gecəli-gündüzlü çox çalışmışdır.

Bir şox məktəblərə kamera qoymuş,

Neçə lahiyələr hazırlamışdır.

 

Etika-estetika lahiyəsini

Pul yığmaq xətrinə o, işləmizdi.

Uşaqlar mədəni olmuşdur deyə,

On beş manatdanda pul istəmişdi!

 

Əgər üç min manat uşaq varsa məktəbdə,

Hər aya qırx beş min pul yığılacaq!

Yüz otuz beş mini görən Məhəbbət

Həmin direktordan razı qalacaq

 

Nəyinə gərəkdir uşaq sevinci?!

Ona heydərçilər heç lazım deyil!

Özünə gələcək qurur Məhəbbət,

Körpə balaları məhv eliyərək.

 

Nə qanuna baxır, nə də qaydaya ,

Istədiyi kəsi doğrayır-atır.

Vicdanla işləyən direktorları

Şantaj eyləyərək məktəbdən atır!

 

Təhsilmi? Biznesmi? Baş açmıram mən!

Dövləti, həm xalqı məhvə aparır.

Nədən gözün yumur thsil naziri?

Deyəsən bu paydan ona da çatır…

 

Aidiyyatı qurumlara ünvanladığımız müraciətdən sonra mövzunu davam etdirəcəyik.

Bir aydan çoxdur ki,Bakı şəhəri Üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevaya etdiyimiz müraciət cavabsız qalıb.Direktorun isə öz kefindədir. Məktəbə zəng edib qarşı tərəfin mövqeyini öyrənmək istəsək də məktəbdən bildirdilər ki, direktor xaricə istirahətə gedib.Görəsən hansı pulla?

Bax bunu Təhsil Naziri Mikayıl Cabbarov və BŞTİ-nin rəisi Məhəbbət xanım Vəliyeva daha yaxşı bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

//deryaz.az