“Faytonçu” Nazim klinikadan 62 min dollar tələb edir

15:17 | 14.09.2017
23 dəfə oxundu

Xəbər verdiyimiz kimi, “Faytonçu” Nazim (Nazim Pişyari) onu əməliyyatla pis hala salan “Elmed” klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, artıq müğənni bu barədə prokurorluğa müraciət edib.

Bu barədə saytımıza müğənninin vəkili Ceyhun Yusifov açıqlama verib.

O bildirib ki, Nazim Pişyari ona dəyən 62 min dollar dəyərində maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə yaxın günlərdə məhkəmədə iddia qaldıracaq.

“Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Eyni zamanda, Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlanacaq. Sənədlər gələn həftə isə məhkəməyə təqdim olunacaq”.

Xatırladaq ki, öd kisəsindən əziyyət çəkən müğənni 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub.