Fazil Məmmədovun qudası da işdən çıxarıldı

11:49 | 14.01.2018

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb.

Editor.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.