“FitZona” təhsil və idman vasitəsilə sağlam həyat tərzinə çağırır

04:42 | 06.12.2017

Tamerlan Vahabov AR DİN Polis Akademiyasını bakalavr dərəcəsi ilə bitirib, ABŞ Corctaun və ABŞ Hərbi Dəniz Quvvələrinin Ali Məktəbindən magistr dərəcələrini almışdır. Tamerlan Vahabovun peşəkar fəaliyyəti Fransanın Lion şəhərində yerləşən İnterpolun Baş Katibliyində layihə koordinatoru, AR Xarici İşlər Nazirliyində ABŞ istiqamətinin koordinatoru, AR Daxili İşlər Nazirliyində BMT İnkişaf Proqramı koordinatoru,  ABŞ-ın Vaşinqton şəhərində yerləşən Atlantik Şurada və Ukraynanın Kiev şəhərində iri mediya holdinqdə komersiya direktoru vəzifələrini əhatə etmişdir. ABŞ, Belçika, Ukrayna, Almaniya və Azərbaycan qəzetlərdində 100-dən çox məqaləsi çıxmışdır. Son 5 ildir ki, Azərbaycanda sahibkarklıq və ictimai fəaliyyətlə məşğuldur.

Tamerlan Vahabov,

İvyGroup şirkətinin təsisçisi

Azərbaycanda biznes və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün dövlət tərəfindən bir çox işlər görülmüşdür. Yaradılan şərait Azərbaycan bazarı üçün yeni olan sahələrin inkişafına təkan vermişdir. Bunlar arasında, informasiya texnologiyaları, təhsil, qida, idman və digər sahələri qeyd etmək mümkündür. Maraqlı məqam ondan ibarətdir ki, yeni nəsil iş adamlarının və sahibkarların sosial məsuliyyətə və ictimayətə xeyir verən layihələrədiqqəti artır. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən prioritet sahələr arasında, təhsil, gənclər, idman və startup sahələrini qeyd etmək olar. Bütün sadalanan istiqamətlərin bir-biri ilə sıx əlaqəsi mövcüddur. Sahibkarlar dövlət və özəl sektor arasında olan qarşılıqlı anlaşma və birgə fəaliyyət mühitindən yararlanaraq, ölkədə ictimai fayda verə biləcək layihələr həyata keçirir. Bundan əlavə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra, gənclərin həm fərdi inkişafı üçün,həmçinin də kollektiv şəkildə biznes və icmtimai fəaliyyətlə məşğul olmaq üçün çox münbit zəmin yaranmışdır.

Biz öz sosial məsuliyyətimizi və dövlətçiliyin qorunması prinsipləriniəsas tutaraq gənclər, idman və təhsili özündə birləşdirən idman və gənclərin intellektual inkişafına yönılmiş FİTZONA (FZ) layihəsini həyata keçiririk. Bu işdə İvy Qrupun əsas tərəfdaşı Bakı Beynəlxalq Dəniz Limanıdır və FZ məhz limanın şəhər mərkəzindəkiyük terminalında yerləşir. FİTZONA layihəsi Cənubi Qafqazda ilk dəfə açılan yarı-qapalı konseptual idman meydançasıdır. Fitzonakrosfit, turnik, fitnes və digər bu səpkidən olan müasir idman növləri üzrə məşqlər təklif edir. Fitzonada məşqlər simvolik qiymətədir.

İşlədiyi cəmi bir ay müddətində FZ artıq bir sıra mühüm nəticələr əldə etmişdir:

– İşə yalnız əlilliyi olan insanların götürülməsi siyasəti qəbul edilib və ilk menecer Azərbaycan oxatma üzrə Paraolimpiya Yığmasının üzvüdür.

– Müasir idman növləri ilə məşğul olan tələbələr üçün təqaüd həcmində qazanc əldə etməyə şərait yaratmışdır. Hal hazıra, hətfədə bir neçə dəfə tələbələr idman dərsi verərək FZ-ə gələn idman həvəskarların tərəfindən mükafatlandırıllar.

– Krosfit üzrə ilk tam həcmli çempionat keçirib və ilk 3 yeri tutan idmançılar üçün, tərəfdaşları tərəfindən dəyərli hədiyyələr qazandırıb və təhsil ocaqlarında pulsuz 3 aylıq kurslar təşkil etmişdir.

– Bakıda idman, təhsil və əlillik problemləri ilə məşğul olan müxtəlif ictimai birliklərlə, yerli icra orqanları və digər dövlət qurumları ilə 2018 ci il üçün tədbirlər planı hazırlamışdır.

Bu tamamilə qeyri-komersiya xarakterli Bakı Beynəlxalq Dəniz Limanı, RedBull şirkətinin dəstəyi ilə İvyGroup tərəfindən həyata keçirilən layihədir. Fitzonanın konseptual olması ondan ibarətdir ki, bu meydançada gender bərabərliyini, əlillərə yardım və digər təhsil sahəsini əhatə edən mühazirələr həyata keçirilir. Fitzona ölkənin qabaqcıl təhsil ocaqlarıni öz sosial layihələrinə qatır. FZ, Təhsil Nazirliyi SABAH Karyer Akademiyasının tərəfdaşı kimi, SABAH Qrupları tələbələri ilə müxtəlif mövzularda mühazirələr və birgə məşqlər təşkil edir. ADA Universitetinin bəzi tələbələri, hətta Fitzonada məşqçi kimi fəaliyyət göstərir və bu onlar üçün təqaüd həcmində qazanc əldə etməyə imkan verir. Digər bir misal olaraq, Fitzona özünün ilk meneceri kimi, Azərbaycan paraolimpiya yığmasının oxatma üzrə üzvü əlilliyi olan Vüsal Kazımovu işlə təmin etmişdir. Oktyabr ayının 25-dən fəaliyyət göstərən bu layihənin açılışında bir çox dövlət rəsmiləri, Milli Məclisin deputatları, olimpiya çempionu və Gənclər və İdman Nazirliyinin, Prezident Administrasiyasının, hərbiləşdirilmiş tədris ocaqlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, televizya, onlayn və çap mətbuatınınnüməyəndələri iştirak etmişdirlər.

FZ layihəsi, gənc oğlan və qızların fiziki o cümlədən mənəvi tərbiyəsinə xidmət edən sosial xrakterli hərəkatdır. FZ layihə iştirakçılarını təhsil və idman vasitəsilə  sağlam həyat tərzinə, vətənpərvərlik və dövlətçilik mövqeyinə çağırır. FZ qarşısında duran uzunmüddətli məqsəd həm fiziki, həm də intellektual baxımdan sağlam olan, güclü sosial məsuliyyət və vətənpərvərlik hissinə malik cəmiyyətin formalaşmasıdır. Birgə mühazirələr, məşqlər həmrəylik hissini möhkəmləndirir. FZ layihəsi həmçinin qadınların özünə inamının, sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirir. FZ çərçivəsində xüsusən tələbələrin fəal iştirakı nəzərdə tutulur. Çünki onlar ölkə gənclərinin mühüm, avanqard hissəsini təşkil edirlər. Layihənin daha bir mühüm hissəsini ailə dəyərlərinin möhkəmləndirilməsi, ailə səviyyəsində sağlam dialoq, həmrəylik və vətəndaş mövqeyinin gücləndirilməsi təşkil edir. Çünki ailə sağlam,
 vətənpərvər cəmiyyətin başlıca həlqəsi, dövlətçilik və milli maraqlara cəsarət hissinin aşılanmasında və formalaşmasında əsas amildir.

FZ çərçivəsində həyata keçirilən layihələrin yönümü – əlillərə yardım, gender bərabərliyi, sağlam həyat tərzi və təhsil sahələri, Azərbaycanın tarixən söykəndiyi milli dəyərlər üzərində qurulmuşdur. Hal hazırda, Azərbaycanda qadınların yüksək vəzifə tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması ölkənin xaricdəki imici üçün ən mühüm göstəricilərindəndir. Bundan əlavə, Azərbaycan gəncliyi idman və startup sahəsində böyük nəticələr əldəetməkdədir. Misal üçün, SABAH Startup forumundan sonra, Azərbaycanlı tələbə startup-lar İsveçrədə öz layihələrini təqdim edə bilmişdirlər. İdman sahəsində həm beynəlxalq tədbirlər həm də idmançıların qazandığı titullar bütün bu sahələr üzrə dövlət tərəfindən uzunmüddətli yol xəritəsi və strategiyaya əsaslanan bir yanaşmadan xəbər verir. Bu trend sahibkarlar tərəfindən də dəstəklənməlidir. Korporativ sosial məsuliyyət, dövlətin islahatlar sahəsində göstərdiyi nümunəyə əsaslanaraq, uzunmüddətli və ictimai faydası olan sosial layihələrə ciddi diqqət verməlidir. İctimai fayda, bütün humanitar, ictimai sahələrdə görülən işlərin başında durmalıdır. Belə mövqedə olan şirkətlərin və vətəndaşların sayı çox olduqca, bu dövlət tərəfindən yaradılan şəraiti tamamlayan bir element ola bilər. Özəl sektor, dövlət sektoru və vətəndaşların həmrəyliyi məhz belə hallarda özünü göstərir.

FZ uzunmüddətli görəcək işlər arasında gənc qızların özünə inam və akademik səviyyəsinin qaldırılması üçün Girls on theRun (Qaçışla məşğul olan qızlar) layihəsini təqdim etməkdir. Bu layihə, həm şəxsi inkişaf seminarlarını həm də yüngül idman məşqlərini özündə cəmləşdirir. Bu proqramı keçdikdən sonra, qadın və qızlar özləri üçün yeni nəzəri biliklər və idmanla təhlükəsiz şəkildə məşğul olmaq prinsiplərinə yiyələnəcəklər. Digər layihələrdə, əlillər üçün müxtəlif növ marafon və idman yarışları keçiriləcəkdir. İdman yarışlarında qalib gələn əlillərFitzonanın müxtəlif tərəfdaşları tərəfindən hədiyyələr və təhsil keçmələri üçün imkanlar əldə edəcəklər. Əlillər üçün yarışlar həm də intellektual xarakter daşıyacaqdır və burada onların potensial şirkət və müəssisə rəhbərliyi ilə tanışlığı baş tuta bilər. Bu kimi layihələr, əlillər üçün işə düzəlmə şanslarını artırır. Fitzona layihəsinin tərəfdaşları arasında Müstəqil Həyat İctimai Birliyi də vardır və birlik birbaşa olaraq əlillik problemləri ilə məşğuldur. Fitzona və Müstəqil Həyat birgə tədbirlərdə dəfələrlə iştirak etmişdirlər. FZ həmçinin Bakı Marafon Klubunun həftəlik görüş yeridir.

Bütün bunlarla yanaşı, Fitzona layihəsi Təhsil Nazirliyi SABAH Qrupları, ADA Universiteti və digər tədris müəssisələrinin tələbələri ilə sosial məsuliyyət, biznes və tip mövzularda diskussiyalar təşkil edir.

Özəl və dövlət sektorlarının ictimai faydalı, sosial layihələrdə birgə, uzunmüddətli əməkdaşlığı ölkədə intellektual və fiziki baxımdan sağlam, vətənpərvər, dövlətçiliyə sadiq cəmiyyətin formalaşmasına böyük tövhəsini verir. Bunun üçün ölkə rəhbərliyi tərəfindən bütün lazımı addımlar atılıb və əldə olunan nəticə özünü göstərməkdədir.

//modern.az