Futbolçuları aparan mikroavtobus qəzaya düşdü

15:30 | 23.10.2017

Gürcüstanın “Çixura” klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.

Hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi “Dinamo”suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.

Klub rəsmilərinin sözlərinin görə, hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.

Qeyd edək ki, “Çixura” 2014/2015 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olub. “Ağ-qaralar” Bakıda gürcülərlə qolsuz bərabərə qalsalar da, səfərdə 3:2 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

///report