Gənclər təşkilatı “Avropanın İdman paytaxtı”- Gəncə şəhərində tədbirlər planına start verdi

15:58 | 24.09.2018
Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin təşəbbüsü ilə regionda fəaliyyət göstərən gənclər təşkilatları və könüllülər ilə görüş keçirilib
Editor.az xəbər verir ki, görüş çərçivəsində   2019-cu  ildə həyata keçiriləcək layihələr haqqında məlumat verilmiş və başlıca olaraq  “2019-cu il Avropanın idman paytaxtı” – Gəncə şəhərində idman yarışlarının təbliğinə hesablanan tədbirlər planı müzakirə olunmuşdur.
Qeyd edək ki , Mərkəz daxilində  bu istiqamətdə fəaliyyəti genişləndirmək üçün  Gəncə İdman Klubu ilə əməkdaşlıq çərçivəsində  idman departamenti yaradılmışdır.
Görüşdə Mərkəzin Gəncə regional ofisinin rəhbəri Gülnar Məmmədova,Gənclər və İdman baş idarəsinin nümayəndəsi Rəşad Əlizadə, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov , Gəncə idman Klubun sədri Elvar Osmanov , Gəncə İntellektual Klubu və Skautlar Assosasiyasının nümayəndələri çıxış edərək Gəncə şəhərində gənclər təşkilatlarının birgə əməkdaşlığının daha da inkişafı barədə fikir mübadiləsi olmuşdur.