Həkimlər Rəqsanəyə şərt qoydu: “Ya uşaqlar, ya sən”

13:51 | 27.09.2018
Hamiləliyinin 7-ci ayını yaşayan məşhur müğənni Rəqsanə İsmayılova təcili şəkildə xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, sənətçinin son görüntüləri ARB TV-nin “Səhər-səhər” proqramında ekskluziv olaraq yayımlanıb.
Aparıcı Elgiz Əkbərin sözlərinə görə, müğənninin səhhətində ciddi problem yaşanıb:
“Son məlumata görə, həkimlər şərt qoyublar ki, ya uşaqlar ya sən. İndi bilmirəm ailəsi necə qərar qəbul edək, amma mən ona can sağlığı arzu edirəm”.
Həmin görüntüləri təqdim edirik: