Hacıbala Abutalıbov Bakıdakı təhlükəli vəziyyətdən danışdı – VİDEO

11:24 | 15.10.2018

Badamdarda baş verən sürüşmə ərazisində vəziyyət gərgin olaraq qalmaqdadı. Sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb.

Ərazidə suyun səviyyəsi aşağı salındıqdan sonra kanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq. Əraziyə baxış üçün yapon mütəxəsislər də dəvət edilib. Ötən gün baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerində olub son vəziyyətlə tanış olub.

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində aktivlik davam edir. Bu ərazidəki evlər üçün təhlükə hələ də qalmaqdadır.

Ötən gecədən etibarən sürüşmə sahəsində yeni çatlar və yarğanlar əmələ gəlib. Hadisə yerində olan baş nazirin müvaini Hacıbala Abutalıbov son vəziyyətlə tanış olub.

Hacıbala Abutalıbovun sözlərinə görə, bu gündən etibarən sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün əlavə 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb. Məlumata görə, sürüşməyə əsas səbəb təpənin arxasında tikilən 10 minə yaxın evin heçbirinin kanalizasiya xəttinin olmamasıdır.

Baş nazirin müavini onuda bildirdi ki, hazırda əsas məqsəd suyun səviyyəsini şossenin səviyyəsinə endirməkdi. Bundan sonra isə ərazidəki kanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq.

Hacıbala Abutalıbov onu da bildirdi ki, əraziyə baxış üçün Yaponiyadan ekspertlər dəvət edilib. Yerli və xarici mütəxəsislərin rəyindən sonra isəburdakı evlərlə bağlı son qərar veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, günorta satlarındafərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb. Sürüşmə ocağındakı aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib.