“Hafka” həbs olundu – Silahlı basqına görə-YENİLƏNİR

15:47 | 15.10.2017

Keçmiş polis rəisi Müşfiq Mədətova qarşı baş vermiş hücum və polisin keçirdiyi əməliyyat haqqında xəbəri oxucularına çatdırmışıq və hadisələrin gedişi barədə daxil olan yeni məlumatları diqqətinizə çatdırmaqda davam edirik.

Mədətova silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğunu xəbər vermişdik.

Yeni aldığımız məlumata görə bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində o həbs edilib. Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq.

**

Xəbərin dərcindən sonra Editor.az-ın redaksiyasına görünməyən nömrədən zəng edən və özünü Hafiz Məmmədovun qohumu kimi təqdim edən şəxs “Hafka” ləqəbli iş adamının həbs olunmadığını bildirdi.

//moderator.az