Hava limanı yolunda baş verən dəhşətli qəzanın – FOTOLARI

11:03 | 17.07.2017
65 dəfə oxundu

İki nəfər ölümü ilə nəticənən hadisənin bəzi təfərrüatları məlum olub.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, 17.07.2017 tarixində səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib:

“Hava limanı istiqamətində hərkət edən “Daewoo” və “Volkswagen Passat” markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər “VAZ 2107” markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin “Daewoo” markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq”.