İlham Əliyev İmişliyə getdi

13:08 | 22.10.2018

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.

AZXEBERŞCOM xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.