İlham Əliyev Moskvaya gedir – DÇ-nin açılışında iştirak edəcək

13:19 | 11.06.2018

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya gedir.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi Moskvada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etməkdir.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək.

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.