İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

00:25 | 11.02.2018

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ittiham olunur.

Hazırda onun Azərbaycana ekstradisiya məsələsi həll olunur.

//oxu.az