İqtisad Universitetinin maliyyə fəaliyyətində nöqsan – RƏSMİ

15:34 | 19.09.2017
23 dəfə oxundu

Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.
Palatadan EDİTOR.AZ-a verilən məlumata görə, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq, qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.