İradə İbrahimovanın makiyajsız halı – Foto

10:47 | 15.10.2018
Müğənni İradə İbrahimova makiyajsız fotosunu paylaşıb.
Şəkildə sənətçinin qızı İpək də yer alıb.
İbrahimova fotoya “Hər gözlərimi açdığımda şükür edirəm, sırf hər şey yerindədir deyə. Günəş, ağaclar, quşlar, yer, göy, dəniz, hava, su, torpaq və bütün tanışlarım, sevdiklərim, sevmədiklərim, hər kəs yerindədir deyə. Ağlım bir də, əllərim, ayaqlarım, gözlərim, hislərim, xatirələrim, xəyallarım, hamısı yerli yerində… Nəfəs alan hər şeyin əsil həyata qayıtmağına hələ vaxt var ikən, qanadlanıb uçmağınıza mane olan bütün ağırlıqlardan qurtulun. Qiymətini hər zaman bilmək istədim, amma bəzən yenə də edə bilmədim. Siz qiymətini bilin, əksiksiz yaşayın” sözlərini yazıb.
İzləyiciləri sənətçinin makiyajsız fotosuna təriflər yağdırıblar.
Qeyd edək ki, İ.İbrahimova ailəlidir və iki övladı var. Sənətçi Türkiyədə yaşayır.
///Axşam.az