İran prezidentinin həbs edilmiş qardaşı xəstəxanaya yerləşdirilib

01:46 | 18.07.2017
55 dəfə oxundu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya yerləşdirilib.

dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin qardaşı ötən gün maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

//APA