İranda partlayış: ölənlər və yaralananlar var

13:01 | 06.12.2018

İranda partlayış baş verib.

İranın cənub-şərqində, Çabahar vilayətində, polis qərargahının yaxınlığında avtomobil partladılıb.

Bu barədə məlumatı İran rəsmiləri dövlət televiziyasında söyləyiblər.

Televiziyanın məlumatına görə, liman şəhərindəki terror aktı nəticəsində 3 nəfər ölüb, bir neçə yaralı var.

//Sputniknews