İranlı nazir ABŞ-a “dərs keçdi”

21:32 | 04.12.2018

Avropa Birliyinin hazırladığı maliyyə mexanizminin mərkəzində neft ticarəti var. İranın neft gəlirləri mexanizmə daxil edilməsə, ortalıqda işlənəcək pul qalmayacaq.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

Nazir “Avropa Birliyinin hazırladığı ödəmə mexanizmi neft ticarətini əhatə etməyəcək” iddialarının əsassız olduğunu deyib: “Qərb mediasında yayılan xəbərlər yalandır. Bu cür xəbərlər xalqın ümidini qırmaq məqsədi daşıyır”.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun “İran orta mənzilli nüvə sınağı keçirib və bu yolla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozub” iddialarından bəhs edən Zərif həmin raketlərin nüvə üçün olmadığını deyib.

İranlı nazir “ABŞ dövlət katibinin açıqlamaları əvvəlki kimi yenə səhvdir. Onlar 2231 saylı qərarı yenidən oxumalıdırlar”, – deyə qeyd edib.

//Aznews.az