“İslahatçı Gənclər” beş universitetdə görüşlər keçirib-FOTOLAR

00:54 | 16.12.2017

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Erasmus Tələbə Mübadiləsi-Universitetlərdə Türkiyə təcrübəsinin tətbiqi” layihəsi çərçivəsində beş ali təhsil müəssisəsində tələbələrlə görüşlər keçirib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecement Universiteti, Odlar Yurdu Universiteti və Bakı Avrasiya Universitetində baş tutan görüşlərdə xaricdə təhsil, beynəlxalq təhsil proqramları və bu sahədə böyük uğurlar əldə edən Türkiyə Respublikasının təcrübəsi müzakirə olunub.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, təşkil edilən görüşlərdə Azərbaycan və Türkiyədən təhsil ekspertləri, qardaş ölkəni təmsil edən universitetlərin rəsmiləri iştirak edib. Ekspertlər tələbələrə dünyadakı “Erasmus”la yanaşı, dünyadakı digər tələbə mübadilə proqramları, xaricdə universitetlərin seçilməsi ilə bağlı geniş məlumat veriblər. Görüşlərdə ümumilikdə 400-dən artıq tələbə iştirak edib.

//Editor.az