İsmayıllıda yeni sürüşmə sahəsi yarandı

14:24 | 24.09.2018
“İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb”.
Editor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: “Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır”.
O qeyd edib ki, həmin kənddə 3-4 ev var: “Evlərdə yaşayışın olmaması səbəbindən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb”.