Kadir İnanır reanimasiyaya yerləşdirildi

11:00 | 12.02.2018
Tanınmış türkiyəli aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib.
69 yaşlı aktyorun beynində problem yaranıb və əməliyyat olunub.
Əməliyyatdan sonra isə onu reanimasiyaya yerləşdiriblər. Vəziyyəti stabil olaraq qalır.
Qeyd edək ki, azərbaycanlılar Kadir İnanırı “Selvi boylum, al yazmalım” filmi ilə tanıyıb.
///Oxu.Az