Kamil Zeynallıdan “Qarabağ”ın təyyarəsində ana-bacı söyüşü – VİDEO

10:56 | 31.10.2017
İdmançı Kamil Zeynallı yenidən təyyarə “sərgüzəşti” ilə gündəmə gəlib.
Hadisə Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında “Atletiko” ilə qarşılaşmaq üçün Madirə yol alan “Qarabağ” klubunun olduğu təyyarədə baş verib. Belə ki, klubun dəstəyi ilə İspaniyaya gedən K. Zeynallı təyyarədə sosial şəbəkələrdən birində canlı yayım edib. Canlı yayım zamanı o, Məhəmməd adlı izləyicisini təhqir edib və onu söyüb.
Bundan başqa, o, “Qarabağ”ın oyunçusuna qarşı da irqçilik nümayiş etdirərək Donald Gerryeni “qara” adlandırıb.
Xatırladaq ki, Kamil Zeynallı təhqirləri ilə dəfələrlə qınaq obyektinə çevrilib.
///BakuPost.az
http://