Kıbrıs Elm Universiteti gənclər üçün yeni imkanlar açır-VİDEO

02:17 | 02.06.2018

Şimali Kipr Türk Respublikasında yerləşən Kıbrıs Elm Universiteti(Cyprus Science University/CSU) özünün yeni proqramı və təqdim etdiyi imkanlarla 2018-2019-cu təhsil ilində azərbaycanlı gəncləri universitetdə təhsil almağa dəvət edir.

Bir təhsil adası olan Şimali Kiprdə fəaliyyət göstərən Kıbrıs Elm Universiteti(CSU)qarşısına böyük məqsədlər qoyub. CSU Şimali Kiprin turistik baxımdan ən hərəkətli və zəngin bir bölgəsi olan Girnədə yerləşir. Universitet şəhər mərkəzinə, xəstəxanalara və yaşayış sahələrinə yaxın məsafədədir. Bu mənada tələbələr burada tam rahat və təhlükəsiz şəraitdə təhsil ala bilərlər.

Universitet güclü akademik heyətə, müasir maddi texniki bazaya, beynəlxalq səviyyəli akreditasiyalara, xarici dil və mübadilə proqramlarına, zəngin idman, sosial və mədəni ortama malikdir. Universitet dünyanın dörd tərəfindən gələn tələbələrə təqaüd, ikinci, üçüncü xarici dil öyrənmək, beynəlxalq mübadilə proqramları ilə tələbələri başqa ölkələrdə təhsil almağa göndərmək imkanı yaradır.

Kıbrıs Elm Universiteti Türkiyənin Ali Təhsil Qurumu(YÖK) və Şimali Kipr Ali Təhsil Qurumu(YÖDAK) tərəfindən akreditasiyası var və diplomları tanınır. Bundan başqa Böyük Britaniya Krallığı Milli Tanıma Mərkəzi(UK NARIC) və London Ticarət və Sənaye Odası(LCCI) tərəfindən də akreditasiyası var. Hər ötən gün həm kampüsü, həm təhsil səviyyəsini yüksəldən CSU gələcəkdə diplomlarının tanınması coğrafiyasını daha da genişləndirəcəkdir.

Universitetə qəbul olmaq istəyən tələbələr CSU-nun Bakı ofisi ilə əlaqə saxlaya bilər.

Telefon/Whatsap: +994 50 275 72 15
Ünvan: Tarqovu, Xəqani T/M qarşısı,MADO-un yanı 2-ci mərtəbə