KİV-lər: Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb

16:06 | 12.11.2017

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb. Bu barədə ötən gün Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.

“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: “Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün “Eurosam” konsorsiumu ilə əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, Türkiyə, Fransa və İtaliya noyabrın 8-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində havadan müdafiə yeni sistemlərin yaradılmasına dair saziş imzalayıblar.

//APA