Kürdəmirdə ər arvadını güllələdi

14:55 | 14.09.2018
Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
DİN-dən Editor.az-a verilən məlumata görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən – əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.