Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

16:38 | 12.06.2018

ABŞ və Şimali Koreya liderlərinin görüşünün yekunları ilə bağlı sənədlər hələ dərc olunmayıb. Lakin görüşün olması faktı müsbətdir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü şərh edərkən bildirib.

“Biz də sizin kimi televizora baxırıq, hər iki tərəfin verdiyi şərhləri izləyirik. Sənədləri görməmişik. Məncə, onlar hələ dərc olunmayıb. Lakin görüş faktı, əlbəttə ki, müsbətdir”, – Lavrov jurnalistlərin sualına cavabında vurğulayıb.

//APA