Lavrov: Xəzərin statusu ilə bağlı konvensiyanın mətni faktiki olaraq hazırdır

16:22 | 05.12.2017

Xəzəryanı dövlətlər Xəzər dənizinin statusu ilə bağlı qalan məsələlər üzrə razılığa gəlib, müvafiq konvensiyanın mətni faktiki olaraq hazırdır.
Bunu Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, konvensiyanın mətni təkmilləşdirildikdən sonra təsdiq olunması üçün Xəzəryanı ölkələrin dövlət başçılarına təqdim olunacaq.