Lukaşenko: “Belarus-Azərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək”

14:49 | 11.06.2018

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

A.Lukaşenko qeyd edib ki, ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.

Təbrikdə deyilir: “Hər iki dövlət çoxtərəfli sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əsas beynəlxalq problemlər üzrə eyni mövqeyə malikdir. Birgə səylərlə əməkdaşlığın möhkəm təməli qoyulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır”.

A.Lukaşenko əmin olduğunu bildirib ki, Belarus və Azərbaycan arasında etibarlı münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə gələcəkdə də dinamik inkişaf edəcək.

//Trend